19 İyul 2017 16:46
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Voda" şirkətinə məxsus Seccadi adlı gəmi İngiltərənin Liverpul şəhərinin Ellesmer limanında saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gəminin ekipaj üzvlərinə sahilə çıxmamaq və qərar çıxarılana qədər gəmidə qalmaq tapşırığı verilib.

Məlumatlara görə, gəminin saxlanılmasına səbəb "Həndi Şippinq Qayd" şirkəti ilə "Voda" arasında yaranmış maliyyə problemidir. Bu problem səbəbindən gəmiçilər iki aydır maaş ala bilməyiblər.

Olayla əlaqədar Ankara tərəfi hələlik heç bir açıqlama verməyib.


Müəllif: Samir