24 İyul 2017 16:35
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Eyyublu kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, Gəncə şəhər şəhər sakini Aytəkin İsrail oğlu Cəfərov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.

İlkin məlumatlara görə, Nəticədə avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1967-ci il təvəllüdlü Sevda Tapdıq qızı Həsənova hadisə yerində ölüb.

Avtomobilin sürücüsü A.Cəfərov və digər sərnişinlər - 1995-cü il təvəllüdlü Gülnar Elsevər qızı Cəfərova, 1997-ci il təvəllüdlü Maniya Elsevər qızı Cəfərova və 2012-ci il təvəllüdlü Rəsul Elsevər oğlu Cəfərov ağır bədən xəsarətləri alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Avtomobilin sürücüsü A.Cəfərov və digər sərnişinlər - 1995-cü il təvəllüdlü Gülnar Elsevər qızı Cəfərova, 1997-ci il təvəllüdlü Maniya Elsevər qızı Cəfərova və 2012-ci il təvəllüdlü Rəsul Elsevər oğlu Cəfərov ağır bədən xəsarətləri alıb.


Müəllif: Teleqraf.com