18 Avqust 2017 02:17
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, saat 23 radələrində qeydə alınıb.

Qəsəbənin "D" yaşayış massivi ərazisindəki "Ballı market"də baş vermiş yanğın zamanı elektrik avadanlıqlarından biri alışıb və partlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı Rayonu Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib və alovun qarşısı alınıb.

Yanğın zamanı yaxınlıqdakı tibb mərkəzi də zərər çəkib. Hadisə zamanı xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com