18 Avqust 2017 21:47
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadratmetr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com