19 Avqust 2017 14:24
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 17-də Kataloniyanın Kambrils kurort şəhərində piyadaların üstünə avtomobil sürmüş terrorçunun atası açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, İspaniyanın “Pais” qəzetinə danışan ata oğlanlarında radikalizm əlamətləri müşahidə etmədiyini bildirib: “Mussa heç kimə pislik etməzdi, məktəbə gedib evə gələrdi. Bu il məktəbi bitirməli idi. Son vaxtlar namaz qılmağa başlamışdı, başqa heç nə…”

Qeyd edək ki, məlum hadisə zamanı 17 yaşlı Mussa Ukabir məhv edilib, onun qardaşı Driss Ukabir isə yaxalanıb.

Kambrilsdə terror aktı törətmiş beş nəfərin hamısı 17-24 yaşlı Mərakeş əsilli İspaniya vətəndaşlarıdır. Onların hamısı terror aktından dərhal sonra məhv ediliblər. 4 şübhəli isə həbs olunub.


Müəllif: Səxavət