23 Avqust 2017 11:49
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Misirə 290 milyonluq hərbi yardımı dayandırır.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Pentaqon bəyan edib ki, Misirə nəzərdə tutulan 290 milyon dollarlıq hərbi yardımı insan hüquqları və demokratiya sahəsində inkişafın müşahidə edilmədiyi səbəbindən dondurmaq niyyətindədir.

Bildirilir ki, Misir prezidenti Əbdülfəttah Sisinin QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunu imzalaması, insan hüquqlarının getdikcə pisləşməsi, ictimai qurumların yasaqlanması ABŞ-da narahatlıq yaradıb.

ABŞ Dövlət katibi Tillerson bəyan edib ki, Misirlə təhlükəsizlik sahəsində əməkdaşlıq ABŞ-ın milli təhlükəsizliyi üçün çox əhəmiyyətlidir:

“Ancaq insan hüquqları və yeni QHT qanununa daxil olan kilid sahələrdə Misirin irəliləmə imkanlarının məhdudlaşdırılmasından da narahatıq”.


Müəllif: Cavad