25 İyul 2014 11:50

“Bu, İlham Əliyevin sayəsində mümkün olub”

Anti-Azərbaycan mövqeyi ilə seçilən Rusiya Liberal Demokratlar Partiyasının lideri, deputat Vladimir Jirinovski gözlənilməz açıqlamalar verib.

Teleqraf.com AzərTac-a istinadən xəbər verir ki, “Rosiyya 24” telekanalına müsahibə verən Jirinovski çıxışının böyük hissəsini Azərbaycanın tərifinə həsr edib.

Ölkəmizin əldə etdiyi uğurlardan fərəh duyduğunu deyən deputat Azərbaycanı postsovet məkanı üçün “yaxşı nümunə” adlandırıb:

“Bütün kəndlər təchiz edilib, yeni komplekslər tikilir, o cümlədən idman kompleksləri, bütün ölkə yenidən qurulub. Niyə? Çünki rəhbərlərini düzgün seçiblər. İndi orada prezident İlham Əliyevdir”.

Prezident İ.Əliyevi Azərbaycanın güclü lideri adlandıran və müstəqil siyasət yürütdüyünü bildirən Jirinovski onu atası mərhum prezident Heydər Əliyevin davamçısı adlandırıb.

O, çıxışında həmçinin bildirib ki, Azərbaycanda anti-Rusiya meyilli partiya yoxdur. Daha sonra millət vəkili həmvətənlərini Azərbaycanın turistik potensialından istifadə etməyə çağırıb. Bakını Parislə müqayisə edən deputat bütün bunların prezident İlham Əliyevin sayəsində mümkün olduğunu vurğulayıb: “O, əla rəhbərdir –təhsilli və xeyirxah”


Müəllif: