11 Oktyabr 20:57

Gənc ananın ehtiyatsızlığı az qala körpəsinin ölümünə səbəb olacaqdı.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Böyük Britaniyanın Naniton dəmiryol stansiyasında baş verib.

Körpəsini uşaq arabasında saxlayan ananın gözləmədiyi hadisə ilə qarşılaşıb.

Başı övladına qarışan qadın arabanın hərəkət etdiyini görməyib. Uşaq arabası stansiyadan keçən qatara dəyib. Qatar arabanı bir neçə metr sürüyüb.

Olay təhlükəsizlik kameralarına əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir