20 Oktyabr 2017 17:43
2 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Baş naziri Heydər İbadi Kərkükə girən İraq ordusuna “Ərbil sərhədini keçməyin” təlimatını verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, digər tərəfdən Kərkük və Ərbil arasındakı türkmən qəsəbəsi Altınkörpüdə ordu birlikləri və peşmərgənin döyüşü kürdlərin qaçması ilə sona çatıb. Bağdad hakimiyyəti, qəsəbə üzərində nəzarətin təmin edildiyini rəsmən açıqlayıb. Assoşieyted Pressin çəkdiyi fotolarda yaralı peşmərgələrin kuzovlu avtomobillərlə xəstəxanaya daşındığı görünür.

Peşmərgə isə İraq ordusunun Ərbilə irəliləməsinin qarşısını almaq üçün Kiçikzap çayı üstündəki körpünü partladıb.


Müəllif: Səxavət