2 Noyabr 15:03
461

Rusiyanın Sankt-Peterburq şəhərində 2 azərbaycanlı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, saxlanılan şəxslər 42 yaşlı Hüseyn və 38 yaşlı Emin adlı Azərbaycan vətəndaşlarıdır.

Məlumatlara görə, saxlanılanlar bu ilin sentyabrında Tiflisdə Rusiya vətəndaşı olan azərbaycanlı kriminal avtoritet Elçin Məmmədovu qətlə yetiriblər.

Qeyd edək ki, Elçin Məmmədov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) qətlində yaxından iştirak edən adamlardan olub. Canıyev avqustun 18-də Türkiyədə öldürülüb.


Müəllif: Samir