19 Noyabr 2017 21:22
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzəndə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Tteleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonu ərazisində "Mercedes" markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com