24 Noyabr 2017 00:47
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2-si yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən TASS məlumat yayıb.

Bildirilir ki, silahlı münaqişədə ümumilikdə 15 nəfər iştirak edib, onlardan 6-sı artıq saxlanılıb.

"Münaqişədə 15 nəfərə yaxın adam iştirak edib, 2-si ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfər saxlanılıb", - deyə idarə nümayəndəsi qeyd edib.

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.


Müəllif: Teleqraf.com