24 Noyabr 2017 20:02
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Kiyev" beynəlxalq aeroportunun binalarından birinə partlayıcı qoyulması ilə bağlı xəbər yayılıb.

Teleqraf.com-un məlumatına görə, aeroport bu səbəbdən təxliyə edilir.

Hazırda hüquq-mühafizə orqanlarının aeroportda axtarış apardıqları bildirilir. Lakin bu səbəbdən aviareyslərdə ləngimənin olub-olmaması ilə bağlı məlumat verilməyib.


Müəllif: Teleqraf.com