24 Noyabr 2017 21:36
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Türkiyədə sui-qəsd nəticəsində öldürülən Rusiya səfiri Andrey Karlovun qətlilə bağlı açılan cinayət işində yenilik var.

Teleqraf.com xəbər verir ki, aparılan istintaq çərçivəsində "TRT Avaz"da yayımlanan "Eko Avaz" proqramının istehsalçısı "Guru Mediya" İdarə Heyətinin sədri Heyrəddin Altınbaş saxlanılb.

A.Karlov 19 dekabr 2016-cı ildə Ankarada rəsm sərgisinin açılışı zamanı polis zabiti Mert Altıntaş tərəfindən öldürülüb. Ankara prokurorluğunun apardığı istintaq çərçivəsində ötən həftə ifadəsi alınan Heyrəddin Altınbaş məhkəmənin qərarı ilə həbs edilib. O, qətl işinin təşkilində ittiham olunur. Heyrəddin Altınbaşın FETÖ-nün yerli nümayəndələrindən biri olduğu da bildirilir.

Heyrəddin Altınbaş vaxtilə FETÖ ilə əlaqələrinin olduğunu, 2008-ci ildən sonra isə yollarının ayrıldığını deyib. H.A 2012-2013-cü illərdə axtarışda olan FETÖ-çü Öndər Aytaç ilə telefon danışıqlarının olduğunu da deyib. Həmçinin H.Altınbaşın 2016-cı ilin dekabrında Moskvada keçirilən Türkiyənin bu ölkədəki səfiri Hüseyn Diriözün də qatıldığı "Türkiyə-Rusiya Əlaqələrinə İqtisadi Baxış" adlı konfransın təşkilatçısı "Avrasiya Evi"nin baş direktoru olduğu qeyd edilir.


Müəllif: Teleqraf.com