21 Yanvar 2018 12:48
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisin Expo-2025 Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

Fransa Baş naziri Eduard Filipp bununla bağlı Expo-2025 Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E. Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında Expo-2025-in təşkili ilə bağlı namizədliyini irəli sürüb. Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

Hazırda Expo-2025 sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq./APA/


Müəllif: Teleqraf.com