19 Mart 2018 16:42
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada məscidə hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Ulm şəhərində baş verib.

Naməlum şəxslər Osman Qazi məscidinə “Molotov kokteyli” atıblar.

Hadisə zamanı xəsarət alan olmayıb. Məscidə ciddi ziyan dəyib. Alman polisi faktla bağlı araşdırmalara başlayıb.


Müəllif: Samir