20 May 2018 23:23
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda yanğın qeydə alınıb.

Teleqraf.com FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com