22 May 2018 13:45
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada uşaq və gəncləri intihara məcbur edən “Mavi Balina” oyunundan sonra indi də “Mariam” kabusu yayılmağa başlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, xüsusilə Yaxın Şərqdəki gənclər arasında çox yayılan oyunu səudiyyəli Salman əl-Hərbi yaradıb.

Oyunda “Mariam” adında 9 yaşlı qız itdiyini bildirərək evə qayıtmaq üçün oyunçudan kömək istəyir.

Oyuna başlamazdan əvvəl istifadəçinin adı, ünvanı, yaxın ətrafı soruşulur və Feysbuk, Votsap kimi hesablara giriş icazəsi tələb olunur. İstifadəçilərə “Eviniz haradadır?, “Feysbuk hesabınız necədir?” kimi şəxsi suallar verilir. Bu sualları cavablandırmadan növbəti mərhələyə keçmək olmur.

Qorxunc səs effektləri və vizual görüntülərin olduğu oyunun son səviyyəsinə çatdıqda naməlum nömrədən gecə saat 03.00-da zəng gəlir.

Bununla bağlı sosial mediada bəzi istifadəçilər başına gələnləri paylaşıblar. Onların sözlərinə görə, fərqli dillərdə danışan robot onlara “Səninlə yenidən görüşəcəyik” deyir.

Ailə və Sosial Siyasət Nazirliyi artıq Ankara Məhkəməsinə oyunun bağlanması üçün müraciət edib. Nazirlik oyunun şəxsi məlumatları əldə etdiyinə və uşaqlar üçün psixoloji təhlükə yaratdığını bildirib.

Məhkəmə müraciətə müsbət cavab verib və oyuna giriş bağlanıb.

Professor Özgür Yorbik oyunun intihara apardığını vurğulayıb:

“Ölümü, öldürməyi təbliğ edən oyunlar uşaqların emosional-sosial inkişafını mənfi təsir göstərərək intihara səbəb ola bilir. Uşaqlar travmalı hər şeydən təsirlənirlər. Üstəlik bu təsir aylar, illər sonra özünü göstərə bilir. Həmçinin uşaqlar oyunlarda gördüklərinə bir müddətdən sonra etinasız yanaşır və şiddəti həyatın normal qaydası kimi qəbul edirlər”.


Müəllif: Ruslan