23 May 2018 09:00
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, "Su Sonası" şadlıq sarayının qarşısından yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Fəxrəddin Əhədovu BakuBus MMC-yə məxsus 5 nömrəli sərnişin avtobusu vurub.

Yaralı "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Mənbə/Report