29 Aprel 2014 14:32

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul edib.

Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata Azərbaycana ötən səfərlərini və xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşünü böyük ehtiramla xatırladı. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Müəllif: