7 Aprel 2014 10:38

Dünən Donetsk şəhər administrasiyasını ələ keçirən separatçılar yerli hakimiyyəti "xalq vilayət soveti" formalaşdırmaq və vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı referendum keçirməklə hədələyirlər.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu gün saat 12-də separatçılar vilayət sovetini buraxmaq və ictimaiyyət nümayəndələri arasından "xalq deputatları" seçmək niyyətindədir.

Qeyd edək ki, dünən şəhər administrasiyasını ələ keçirən separatçılar Donetsk vilayət sovetinin növbədənkənar sessiyasının çağırılması və Donetskin Rusiyanın tərkibinə keçməsi ilə bağlı referendum keçirilməsi barədə qərar qəbul olunması barədə yerli hakimiyyətə ultimatum verib.


Müəllif: Nihad