14 Aprel 2014 20:08
477

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Twitter-i vergidən yayındığını düşündüyü və bu məsələ ilə ciddi məşğul olacağını bildirib.

“Twitter, YouTube və Facebook – bunlar hər biri xarici şirkətlərdir və onların yaradılmasının əsas məqsədi gəlir əldə etməkdir. Eyni zamanda, məndə olan məlumata görə, Twitter vergidən yayınır. Biz bu problemlə məşğul olacayıq”, - deyə baş nazir bəyan edib.

Xatırladaq ki, mart ayının sonunda Türkiyə hakimiyyəti Twitter-ə qadağa qoysa da, Konstitusiya məhkəməsi bu qərarı ləğv edib.

Ondan sonra R.T.Ərdoğan məhkəmənin qərarı ilə razılaşmasa da, onu yerinə yetirəcəyini deyib.

Teleqraf.com


Müəllif: