7 May 2014 10:28
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsi dağıdılıb. Bu haqda hüquq müdafiəçisinin özü bildirib. Onun sözlərinə görə, bununla artıq neçənci dəfədir ki, sosial şəbəkədəki profilini dağıdırlar: “Mən hazırda Göyçaydayam. Bura gələndə səhifəmi dağıtmışdılar.

Burada yenidən bir səhifə açdım, amma səhər səhifəmə daxil olanda bəlli oldu ki, bağlanıb. Araşdırma aparmışam, deyirlər ki, səhifəmi xaricdən bağlayıblar. Bu çox biabırçı bir haldır. Görün, nə işlərlə məşğul olurlar. Mən bilmirəm ki, nə edim. Nə zaman özümə səhifə açıramsa, dərhal bağlanır”.


Müəllif: