13 May 2014 16:15
570

“Fransa hər zaman Ermənistanın yanında olacaq”.

Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Yerevanda ermənistanlı həmkarı Serj Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında Fransa prezidenti Fransua Olland bəyan edib.
O qeyd edib ki, Fransanın regionun hər üç ölkəsi ilə yaxşı münasibətləri var. Paris sülh və dostluq tərəfdarıdır, xüsusilə Ermənistanla. Olland Ermənistanla Fransa arasında qədim tarixi münasibətlərin mövcud olduğunu vurğulayıb. O, erməni diasporunun Fransanın həyatında oynadığı rolu qeyd edib: “Onlar fransızdır, amma onların tarixi vətənləri ilə xüsusi bağlılığı mövcuddur”.

Fransa prezidenti həmçinin, Ermənistanın beynəlxalq Frankofoniya təşkilatının üzvü olduğunu xatırladıb: “Bundan əlavə, Ermənistanda fransız dilində uşaq bağçasından tutmuş universitetədək təhsil almaq mümkündür. Buradakı Fransız Universiteti Lion Universiteti ilə birgə hər iki ölkədə üçün mütəxəssislər hazırlayırlar”.

Bu gün həmçinin Ermənistan prezidenti S.Sərkisyan F.Ollandın “Şərəf” ordeni ilə təltif edib. F.Olland bu ordenə erməni və fransız xalqları dostluq əlaqələrinin möhkəmləndirilməsində və inkişafında oynadığı rola, həmçinin Ermənistanla Fransa arasında əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində böyük şəxsi səylərinə görə layiq görülüb.

F.Olland isə S.Sərkisyanı Fransanın milli ordeni olan “Xidmətlərə görə” ordeni ilə təltif edib.

Səxavət


Müəllif: