7 Fevral 2015 16:02
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qubad bəyin partiyada kənərlaşmasını qətiyyətlə pisləyirəm. Partiyadakı rəqibini məhv etmək, axı bu diktaturaların məlum davranışıdır. Belə davranışı Müsavata gətirənlər heç partiyanın tarixi simasını düşünürmü?"

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Qubad İbadoğlunun Müsavatdan uzaqlaşdırılmasına münasibət bildirərkən, politoloq Hikmət Hacızadə bildirib.

O, Facebook-da bununla bağlı yazdığı statusda Müsavat rəhbərliyini sərt tənqid edib: "Bir başqa çətin məsələ də var. Nigaranam... partiyadan qovulanlar ücün deyil, partiyada qalanlar üçün nigaranam. Məhz onlar təhlükədədir. Hazırda partiya sükansız bir gəmiyə bənzəyir. Rəhbərlər 20 illik stress nəticəsində reallığı görmək bacarığını itiriblər - gəmi qayalara tərəf gedir. Gəmidə də öz səsi, müstəqil fikri olan bir kəs qalmayıb ki, desin: “Rəis oriyə sürmə, məhv olacayıq”. Nigaranam... əsasən də Divanın gənc üzvləri üçün. Oradakı yaşlı nəsil nümayəndələri, qayalarda məhv olsalar belə, onsuz da öz şərəflı siyasi həyatlarını tarixə yazıblar. Amma Saxəvət Soltanlı, Alya Yaqubova və s. kimi gənc siyasətçılərin vaxtsız taleyi məni narahat etməyə bilməz".

Nihad


Müəllif: