18 Fevral 2015 20:34
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda olan ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland əlaqadar orqanları humanitar jest olaraq Kəlbəcərdə girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmağa çağırıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə o, Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz təmas xəttində olan zorakılıqlardan ciddi narahatıq. ABŞ istəyir ki, burada sabitlik olması üçün danışıqlar prosesini davam etdirmək lazımdır. Heç kimə xeyir gətirməyən bu qanlı qarşıdurmanı dayandırmaq lazımdır”,- deyə Nuland bildirib.

Onun sözlərinə görə, regiona səfəri çərçivəsində Bakı və Yerevanda olarkən hər iki ölkənin prezidentlərinə danışıqlar prosesinə təkan vermək üçün görüşmək imkanlarının olduğunu açıqlayıb. “Biz ümid edirik ki, yaxın günlərdə, yaxın aylarda regionda sülh və sabitlik əldə olunacaq”.

X.SƏFƏRLİ


Müəllif: