3 Mart 2015 17:03

“ATƏT-in Minsk qrupu ədalətsiz bəyanatlarla yox, daha ciddi yanaşmalarla məsələnin həllinə çalışmalıdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar prosesinin predmeti deyil. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu bu prinsip çərçivəsində öz fəaliyyətini daha da aktivləşdirməlidir.

“ATƏT-in Minsk qrupunda təmsil olunan bütün dövlətlərin problemin həllində yaxından iştirak etməsi yaxşı olardı. Belə olsa, həmin ölkələr danışıqlar prosesinə də öz töhfələri verə bilərlər. Bu istiqamətdə addımlar atılsa, Minsk qrupu daha ciddi, ədalətli mövqeyə gələ bilər. Minsk qrupunun tam tərkibdə münaqişənin həlli ilə bağlı aktiv fəaliyyət göstərməsi Ermənistanın sülhə məcbur edilməsinə səbəb ola bilər”, – deyə R.Rzayev vurğulayıb.

Səxavət


Müəllif: