20 May 2014 23:21
542

Prezident İlham Əliyev Şanxayda dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib.

Teleqraf.com-un məlumatına görə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Şanxaya gələn dövlət və hökumət başçılarının şərəfinə mayın 20-də axşam ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

Çin Xalq Respublikasının sədri Si Cinpin və xanımı Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıblar.


Müəllif: