22 May 2014 12:30
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ziyalılar Forumu Milli Şuradadır. Forumun üzvləri Milli Şuranın iclaslarına qatılır, sözlərini deyirlər. Azərbaycanda deyilməyən söz qalmayıb. Mənə elə gəlir ki, hər şey deyilib, amma nəticə yoxdur. Ona görə nəticə yoxdur ki, problemləri həll etməli olan tərəf bunu istəmir. Ona görə də Ziyalılar Forumunun, müxalifətin fəaliyyəti belə nəticəsiz olur".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Şuranın fəxri sədri, yazıçı Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun fəaliyyətinə qiymət verərkən bildirib.

Onun sözlərinə görə, əgər ziyalılar istəyirlərsə ayrıca toplaşa bilərlər: "Hər şeyi məndən gözləmək də doğru deyil. İndi mən Bakıda deyiləm, görüş təşkil edə bilmirəm. Özləri təşəbbüs göstərsinlər də... Onlar siyasi məhbus, təhsil, səhiyyə, "Zerkalo" qəzetilə bağlı yaranmış vəziyyəti və s, məsələləri müzakirəyə çıxarsınlar. Ya da gəlsinlər Tiflisdə, Moskvada yığışaq".

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur.

Ruslan


Müəllif: