22 May 2014 13:18
873

Milli Məclisin daha üç deputatı Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım kampaniyasına qoşulub. Bunlar Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, millət vəkilləri Aydın Mirzəzadə və Gövhər Baxşəliyevadır.

Teleqraf.com xəbər verir ki, adı çəkilən şəxslər bu gün cəmiyyətin bank hesabına müvafiq olaraq 780 AZN (1000 USD), 200 AZN (255 USD) və 200 AZN (255 USD) köçürüblər.

Ümumilikdə, bugünədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində 17051 AZN və ya 21731 USD məbləğində pul yığılıb.

Səxavət


Müəllif: