5 İyun 2014 18:50
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dindirilmə iki saata qədər çəkdi, amma istintaq sirri olduğu üçün mən ətraflı danışa bilmərəm”.

Bu barədə bu gün Baş prokurorluqda Rauf Mirqədirov işi üzrə dindirilən “El” hərəkatının sədri Eldar Namazov Publika.Az-a açıqlamasında deyib.

“El” sədri dindirilmə ilə bağlı danışmayacağı haqda sənədə imza atdığını bildirib: “Amma mən burda bir sirr görmürəm. Yalnız onu deyə bilərəm ki, söhbət zamanı istintaq aparılan layihələrdə mənim iştirak etmədiyim bəlli oldu. Mən Ermənistanda da heç vaxt səfərdə olmamışam. Ona görə də, müzakirə olunana suallar daraldı. Yalnız 2-3 məsələ ətrafında ümumi söhbətlər oldu”.


Müəllif: