5 Aprel 2016 08:25
332

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyi azaltmağa və danışıqlar prosesinə qayıtmağa çağırır. Trend-in məlumatında görə, bunu gündəlik brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner deyib.

Onun sözlərinə görə, ABŞ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi tərəflərin danışıqlar prosesinə qaytarmaq üçün səylərini əsirgəməyəcək.

"Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT nizamnaməsi, Helsinki yekun aktı, xüsusilə də ərazi bütövlüyü prinsipləri əsasında ədalətli həlli istiqamətində Minsk qrupunun səylərini dəstəkləyirik", - deyə Toner bildirib.


Müəllif: