5 Aprel 2016 12:48
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən hadisələrin sosial şəbəkələrdə işıqlandırılması mövzusunda danışıb.

Teleqraf.com-un xəbərinə görə, spiker bu istiqamətdə ehtiyatlı olmağı lazım bilib: “Dünən Ermənistanın bəzi saytlarına baxdım. Bir saytda qeyd edilirdi ki, Qarabağda döyüşə gedənlər 90-cı illərdə vuruşanlardır. Ağsaqqal adamlardır. Yaşları 50-70 civarındadır. Qarabağda cavan erməni yoxdur.

Orada müharibəyə gələnlər Ermənistan vətəndaşlarıdır. Bu saat onlar sosial şəbəkələrdə hay-küy salırlar. Erməni diaspora qurumları və digərləri xəbərlər yayırlar ki, Azərbaycan Ermənistanı işğal edir, 500 erməni öldürüblər, genosid başlayıb və s.

Azərbaycan jurnalistləri bu kimi materialları versin, yalanları ifşa etsinlər. Azərbaycan Ermənistana hücum etməyib, eləcə də aprelin 1-dən 2-nə kecən gecə təmas xəttində növbəti təxribat olub. Ermənistan ordusu təmas xəttində yerləşən mülki əhalimizi atəşə tutub.

Azərbaycan Ordusu da buna qarşılıq olaraq hərəkətə keçib və 3 yüksəkliyi götürüb. İndi ermənilər dayanmır və bu yüksəklikləri geri almaq istəyir”.

Spiker Ermənistan prezidenti Sərkisyanın dünən İrəvanda ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşündə “Hər iki tərəfin qüvvələri 1 aprel 2016-cı ildəki mövqeyinə çəkilsin və biz kompromisə hazırıq” bəyanatını da şərh edib: “Sərkisyanın kompromisi bizə lazım deyil, işğalçı ordu Azərbaycan ərazilərini boşaltsın”.

Oqtay Əsədov qeyd edib ki, erməni cavanları qaçıb: “Təmas xəttində savaş gedir, amma Şuşa şəhərini boşaltdıqları haqda xəbərlər yayılır”.

Nemət


Müəllif: