6 İyul 2016 08:16

"Borussiya" "Barselona"nın futbolçusu Arda Turanı transfer etmək istəyir.

Bununla bağlı Dortmund təmsilçisi Kataloniya klubu ilə danışıqları başlayıb.

"Barsa" futbolçusu Denis Suaresi geri aldığı üçün onunla eyni mövqedə oynayan A.Turanı sata biləcəyi qeyd olunub.

Bundan başqa, "Barselona"nın komandada qalmaq istəyən türk oyunçunu "Borussiya"ya keçidinə razı salmağa çalışacağı bildirilib.

Qeyd edək ki, A.Turan ötən mövsüm "Barsa"da oynadığı 25 görüşdə 2 qol vuruv, 4 qolun ötürməsini verib.


Müəllif:
Загрузка...