22 İyul 2016 01:16
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununu keçirib. "Neftçi" Makedoniyada “Şkendiya” ilə cavab oyununa çıxıblar.

Bakıda keçirdiyi ilk görüşdə rəqibinin müqavimətini qıra bilməyib, qolsuz bərabərliklə kifayətlənən paytaxt təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Skopyedəki matçın, həm də növbəti mərhələyə vəsiqənin taleyini isə bir qol həll edib.

Belə ki, oyunun ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyib. Bununla da “Neftçi”nin avrokubok mövsümü gələn il UEFA Superkubokunun oyununa ev sahibliyi edəcək “II Filip” stadionunda başa çatıb.

Qeyd edək ki, “Neftçi”yədək Azərbaycanın daha bir klubu – “Kəpəz” də avrokuboklarda mübarizəni dayandırıb.

Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu
21 iyul

“Şkendiya” (Makedoniya) – “Neftçi” (Azərbaycan) - 1:0
Qol: Besart İbraimi, 31
Qırmızı vərəqə: Vançe Şikov, 71
Baş hakim: Erik Lambrekt
Skopye. “II Filip” stadionu
İlk oyun - 0:0


Müəllif: