25 İyul 2016 12:34

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lill”-"Qəbələ" oyunun hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yayadığı xəbərə görə, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Daniel Stefanski olacaq. Ona Rafal Rostofski və David İqor kömək edəcək. Dördüncü hakim isə Zbiqnev Dobrınin olacaq.

Qeyd edək ki, sözügedən oyun iyulun 28-də Fransada keçiriləcək. Cavab matçı isə avqustun 4-nə nəzərdə tututlub.


Müəllif: