29 İyun 2014 13:43

Uruqvayda matçda iki qola imza ataraq komandasına qələbə qazandıran (2:0) Kolumbiya millisinin yarımmüdafiəçisi Ceyms Rodriges matçdan sonra açıqlama verib.

Qol.Az-ın xəbərinə görə, beş qolla mundialın bombardirlər siyahında birinciliyi ələ alan 22 yaşlı futbolçu FİFA-nın saytına bildirib ki, o, bu arzusunu gerçəklədirmək üçün çox çalışıb.

“İşə düzgün yanaşma olanda istədiyinə nail ola bilərsən. Beş qol vurmağım asan olmadı. Amma əgər insan arzusunu gerçəkləşdirmək üçün səylə çalışırsa, hər şey mümkündür. İstənilən fantaziya belə gerçəyə çevrilə bilər” – deyə o qeyd edib.

"Sky sport"a müsahibəsində isə Rodriges deyib: "Bu, bizim üçün tarixi qələbədir. Dünyanın ən güclü səkkiz komandası sırasına düşmək üçün çox çalışdıq və istəyimizə nail olduq. Bütün komanda əla oynadı. İki dəfə fərqləndiyim üçün şadam, buna görə də komanda yoldaşlarıma təşəkkür edirəm".


Müəllif:
Загрузка...