22 Aprel 2014 22:35
433

"Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kostanı transfer etmək istəyən komandaların sayı durmadan artır.

Teleqraf.com-un məlumatına görə, "Çelsi"nin ardından "Monako" klubu da 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Fransa təmsilçisi təcrübəli hücumçunun keçidi üçün qarşı tərəfə 40 milyon funt ödəməyə hazırdır. Kostanın "Monako"da qazanacağı məbləğ də açıqlanıb. Belə ki, İspaniya millisinin futbolçusu "Monako"da həftəsinə 150 min funt qazanacaq.

Qeyd edək ki, 2010-cu ildən "Atletiko"nun şərəfini qoruyan Kosta keçirdiyi 91 oyunda 43 dəfə rəqib qapılarına yol tapıb.


Müəllif: