3 İyul 2014 16:36

Almaniyanın 7 futbolçusu dünya çempionatının 1/4 final mərhələsində Fransa ilə oyun öncəsi qrip xəstəliyinə yoluxub.

Bu barədə Almaniya millisinin baş məşqçisi Yoahim Löv yerli KİV-lərə bildirib.

O, qeyd edib ki, komandanın 7 oyunçusu qripə yoluxub: "Otaqlarda kondisionerlərin çox işləməsinə görə onlara soyuq dəyib. Futbolçuların Fransa ilə oyuna kimi sağalacağına ümid edirəm".

Alman mütəxəssisin sözlərinə görə, xəstəlik səbəbindən Əlcəzair oyununu buraxmalı olan Lukas Podolski və Mats Hummels artıq sağalıblar. Bastian Şvanştayqer, Sami Xedira və Filip Lamın da sağaldığını deyən məşqçini ən çox Kristof Kramerin vəziyyəti narahat edir.

Qeyd edək ki, Almaniya-Fransa oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək./trend/


Müəllif: