16 Aprel 18:26

İngiltərə Premyer Liqasının 33-cü turunda bu gün “Manester Yunayted”lə qarşılaşacaq “Çelsi” oyuna ciddi itki ilə çıxacaq.

Komandanın əsas qapıçısı Tibo Kurtua məşq zamanı zədələnib.

Baldır əzələsində ağrıları olan belçikalı qolkiper bugünkü matçda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Mançester Yunayted” – “Çelsi” oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
/Qol.az/