24 Aprel 2017 19:58
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbələ” gümüş, “İnter” isə bürünc medallara sahib olub

Premyer Liqanın 2016/2017-ci illər mövsümünün bütün medalçıları müəyyənləşib.

Teleqraf.com-un PFL-ə istinadən verdiyi məlumata görə, mövsümü çempion kimi “Qarabağ” tamamladığı halda “Qəbələ” gümüş, “İnter” isə bürünc medallara sahib olub.

2-ci və 3-cü yerin sahibini bu gün keçirilən “Qəbələ” – “İnter” görüşünün nəticəsi müəyyənləşdirib. Meydan sahibi oyunda 4-3 hesabı ilə qələbə qazanaraq ikinciliyi özü üçün təmin edib.

Oyundan sonra “Qəbələ” gümüş, “İnter”ə isə bürünc medallarına qovuşub.

Mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.


Müəllif: