22 May 2017 08:05
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın hücumçusu Lionel Messi 2016/17 mövsümündə La Liqanın bombardiri olub.

Teleqraf.com xəbər verir ki, argentinalı forvard 34 oyunda 37 qol vurub.

Bombardirlər yarışında ikinci yeri Messinin komanda yoldaşı Luis Suarez tutub. Uruqvaylı futbolçu 35 oyunda 29 dəfə fərqlənib.

Üçüncü yeri isə 29 oyunda 25 qol vuran Kriştianu Ronaldo tutub.

Qeyd edək ki, Messi sonuncu dəfə 2012/13 mövsümündə 46 qol vurmaqla La Liqanın bombardiri olmuşdu.

2013/14 və 2014/15 mövsümlərində Messi Ronaldodan geri qalmışdı. Ötən il isə bombardirlər yarışında o, Suarezə uduzmuşdu.


Müəllif: Teleqraf.com