16 İyun 2017 17:33
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan futbolunun ən tanınmış simalarından olan Rəşad Sadıqovun doğum günüdür.

Müsahibələrində doğum günlərini heç vaxt qeyd etmədiyini söyləyən Sadıqov bu gün Avstriyaya yola düşdüyündən onunla əlaqə saxlaya bilməsək də, Teleqraf.com olaraq futbolçunun ad gününü təbrik edirik.

Ümumilikdə ay-ulduzlu formada 100-dən çox oyun keçirən futbolçu bir qədər əvvəl 35 yaşında futboldan gedəcəyini demişdi. Bu gün 35 yaşına qədəm qoyan futbolçunun karyerasına davam edib-etməyəcəyi sosial şəbəkələrdə də müzakirə olunub.

Qeyd edək ki, peşəkar karyerasına 17 il öncə Tovuzun “Turan” klubunda başlayan Sadıqov daha sonralar “Neftçi” və “Qarabağ” klublarında kapitan kimi fəaliyyət göstərib. O, legioner olaraq İran və Türkiyədə də tez-tez çıxışlar edib.


Müəllif: Könül Əlibəyli