21 İyun 2017 15:09
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda cüdonun tarixindən bəhs edən film çəkilib.

Teleqraf.com-un məlumatına görə, ekran əsərinin müəllifləri bir neçə ay öncə “26-cı dəqiqə” adlı sənədli filmi təqdim edən “CBC Sport” telekanalının əməkdaşları Vəfa Ağabalayeva və Azər Əliyevdir.

“Qələbə yolu” adlanan yeni sənədli filmdə Azərbaycan cüdosunun keçdiyi yol və bu günündən danışılır.

Film ilk dəfə iyunun 23-də yayımlanacaq.


Müəllif: Könül Əlibəyli