11 İyul 16:23
278

İtaliyanın “Milan” komandasının keçmiş futbolçusu və Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladzenin atası Bakıya gəlib.

Report-un məlumatına görə, Karlo Kaladze Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” və Gürcüstan təmsilçisi “Samtredia” arasında baş tutacaq ilk matçı izləmək üçün Azərbaycanda səfərdədir. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Qarşılaşmaya "Samtredia"nın veteran futbolçuları da canlı baxacaq.

Qeyd edək ki, 70 yaşlı Karlo Kaladze Gürcüstanın Samtredia şəhərində anadan olub. O, şəhərin “Lokomotiv” komandasında futbol oynayıb. Ata Kaladze 1980-ci illərdə “Lokomotiv”in varisi olan “Samtredia” klubunun rəisi vəzifəsində çalışıb. Kaxa Kaladze də “Qarabağ”ın rəqibinin yetirməsidir. 39 yaşlı veteran futbolçu 1992-ci ildə Tbilisi “Dinamo”suna transfer olunub, 2001 - 2010-cu illərdə isə “Milan”da çıxış edib.


Müəllif: Teleqraf.com