2 Noyabr 17:41
140

Sabah AFFA-da Azərbaycan milli yığmasının baş məşqçi vəzifəsinə təyinatla bağlı iclas keçiriləcək.

Bu barədə Teleqraf.com-a AFFA-dan məlumat verilib.

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək: “İclasda Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq. Yalnız iclasdan sonra baş məşqçi kimin gətiriləcəyi açıqlana bilər”.

Bir neçə gündür sosial şəbəkələrdə milliyə “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanovun gətiriləcəyi xəbərləri yayılır.

Xatırladaq ki, bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib. Görüşdə Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması qərara alınıb.


Müəllif: İlhamə Əbülfət