22 Noyabr 2017 23:57
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qrupumuzdakı hər bir komanda həddən artıq inkişaf edib. Biz hələ indi-indi kiçik addımlar atırıq. Mübarizə apara-apara inkişaf edə bilərik".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov "Çelsi"ilə qarşılaşmadan sonra mətbuata verdiyi açıqlamada bildirib: "Son vaxtlar heç bu qədər üzülməmişdim. Təkcə nəticəyə görə yox, stadiona gələn azarkeşlər yaxşı futbolun şahidi olmadığına görə məyusam. Çox istəyirdim ki, azarkeşlər razı getsinlər".

O, matçın 20-ci dəqiqəsində baş hakim Manuel De Souzanın Rəşad Sadıqova qırmızı kart verilməsinə belə münasibət bildirib: “20-ci dəqiqədə qırmızı kart verildi, 70 dəqiqəni 10 nəfərlə oynamaq istər-istəməz komandaya zərbə oldu. Oyun yaxşı başlamışdı, hər şey düşündüyümüz kimi alınırdı. Penalti olsa da, qırmızı kartı vermək olardımı-olmazdımı bilmirəm. Elə bir hədd olmalıdır ki, qırmızı kart verilsin. Mənə o təsir elədi ki, bizə kiçik komanda kimi baxırlar. Böyük komandalara qarşı bu epizodda penilati təyin edilsə də, inanmıram ki, qırmızı kart verilərdi. Yenə də müdaxilə etmək istəmirəm. Hərənin qərarı bir cür olur. Yenə də qeyd edirəm azarkeşlərə görə həddən artıq məyus oldum. Onların hər birinə təəkkür edirəm, sonadək bizlərlə qaldılar və dəstəklədilər”.

Baş məşqçi qeyd edib ki, qarşıda "Qarabağ"ı çox çətin oyun gözləyir: "İndiyədək keçirilən oyunlarda hamı şahidi oldu ki, çox əziyyət çəkdik, ən azı 2 xal götürdük. Qarşıda çox çətin oyunumuz qalıb. Futbolçuları da bu qədər məyus görməmişdim. Geyinib-soyunma otağında hiss elədim ki, onlar da məyusdurlar, ola bilsin futbolçularda psixoloji gərginlik olacaq. Çalışacağıq ki, bunları yaddan çıxarıb etdiyimiz səhvləri dərindən analiz edib təkrarlamayaq".


Müəllif: Kəmalə