6 Dekabr 2017 01:37
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.

Teleqraf.com-un məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxıb.

Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olub.

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyük idi. “Canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalı idilər. Perottinin vurduğu yeganə qol meydan sahiblərinə qələbə gətirib.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə "Çelsi" və "Atletiko Madrid" klubu 1:1 hesablı heş-heçəyə razılaşıb.


Müəllif: Teleqraf.com