10 Fevral 2018 18:57
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-da Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, media turda bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika, eləcə də Kimya-biologiya təmayüllü Respublika liseyləri və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Mərkəzlərdə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə dərslər keçilir. Aşağı və yuxarı yaş qrupu olmaqla iki fərqli qruplarda aparılan hazırlıq dərsləri əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir.

Şagirdlərin olimpiadaya hazırlıq işlərinin keyfiyyətli və nəticəyönümlü olması üçün Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Mili Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq edilməkdədir.


Müəllif: İlhamə Əbülfət