21 Aprel 2018 08:24
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin keçmiş futbolçusu, DÇ-1986-nın qalibi Oskar Ruqqeri maraqlı açıqlama ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, sabiq futbolçu ölkəsinin mətbuatına açıqlamasında yığmanın üzvü Lionel Messinin dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün “Barselona”nın mövsümün sonuna kimi olan oyunlarında çıxış etməməli olduğunu deyib:

“Messi oynamasa, “Barselona”nın çempionluğu itirəcəyini düşünürsüz? Messi klub prezidentinə zəng edib, “Bu, mənim dünya çempionatımdı və özümü milli komandaya hazırlamaq istəyirəm” deməlidi. O, artıq “Barselona”da oynamamalıdı. Məncə, “Barselona” artıq çempiondu.

Biz 1986-cı ildəki dünya çempionatından 65 gün öncə bir yerdə idik. 65 gün bir yerdə olduq və Maradona ilə çempion olduq”.


Müəllif: Teleqraf.com